Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-09-2026 , 09:30

153

Son xəbərlər

Bütün xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

DSMF borcunu necə "baglayaq"?

P.S. Hər bir bələdiyyə sədrini narahat edən ciddi bir məsələyə qısa şəkildə toxunmuşam.
2025-ci ilin yanvarında keçirilən bələdiyyə seckilərindən sonra formalaşan bələdiyyələrin böyük əksəriyyəti fəaliyyətə bank hesabının bağlı olması ilə başladı. Təəssüf edirəm ki, bu problem seçki prosesinədək öz həllini tapmadı. Baxmayaraq ki, bir sıra mərkəzi icra qurumları tərəfindən bələdiyyələrin DSMF borcunun bağlanılması ilə bağlı müəyyən addımlar atıldı. Lakin bu addımların hər hansı bir nəticəsi, təəssüf ki, olmadı. Hazırda borcun həcminin 7 milyon manatdan artıq olduğu deyilir. Və bu rəqəmin müəyyən bir hissəsi hesablanmış faizlərdir. Fikrimcə, neçə illərdir ödənilməyən borca faiz hesablanması da məntiqə uyğun deyil.
Təhlillər göstərir ki, bu borcun birmənalı olaraq bələdiyyələr tərəfindən bağlanılması bu gün mümkün deyil. Gədəbəy rayonunun bir kənd bələdiyyəsinin 155 min manat, paytaxtın bir bələdiyyəsinin isə 700 min manatdan artıq DSMF borcu var. Hazırda onlarca kənd və qəsəbə bələdiyyəsi bu problemin həllini səbrsizliklə gözləyir.
Bununla bağlı nəyi təklif edərdim:
Cari ildə dövlət büdcəsinin müzakirəsi zamanı bələdiyyələrə ayrılacaq dotasiyanın həcmini ikiqat artırmaqla mövcud borcu birdəfəlik bağlamaq olar. Nəzərə alaq ki, son iki il ərzində bələdiyyələrə dövlət büdcəsində nəzərdə tutulan maliyyə vəsaiti də  məlum olmayan səbəbdən ayrılmayıb. Odur ki, vəsaitin həcminin artılrmasında əslində problem olmamalıdır. Yəni bu məsələ həll oluna biləsi məsələdir. 
Ancaq bununla yanaşı "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişikliyin edilməsi də zəruri hesab edilməlidir. Yəni sədrlərin üzərilərinə borcların yaranmaması ilə bağlı məsuliyyətin qoyulması qanunvericilik qaydasında öz həllini tapmalıdır. Əgər belə bir maddə adıçəkilən qanuna əlavə edilmiş olsa, onda sədrlərin məsuliyyət yükü də artar və bələdiyyə borclandırılmaz.
Bununla yanaşı yerli vergilərin rüsum dərəcələrinin artırıması da diqqət mərkəzində olmalıdır. Bununla bələdiyyə büdcəsinin artmasına imkan yaratmış oluruq.  Yalnız büdcə gəlirlərinin artıq olarsa bələdiyyələr vətəndaşın qaldırdığı problemin həllinə də çətinlik çəkməzlər.
Hər halda düşünməyə dəyər.
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
152

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
792

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
832

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
786